"Xameneinin istefasını tələb edən bəyanat"ı imzalayanlardan biri hökumət tərəfindən 10 il həbsə məhkum edilib.
Unikal.org "HRANA" ajansına istinadla xəbər verir ki, avqust ayından bəri həbsdə saxlanılan fəal Abbas Vahedian Şahrudi Xameneinin istefası üçün hazırlanan bəyanatı imzaladığı üçün 10 il müddətinə həbsə məhkum edilib.
Fəalın tutulması, habelə 2019-cu ildə ona qarşı açılmış cinayət işi ilə bağlı Məşhəd İnqilab Məhkəməsinin 4-cü şöbəsi tərəfindən verilib.
Xatırladaq ki, Abbas Vahedian Şahrudi 2019-cu ilin yayında Xameneinin istefasını və Ana Yasanın dəyişdirilməsini tələb edən bəyanatı imzalayan 14 mədəni və siyasi şəxsdən biridir.