Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində baş verib.

1990-cı il təvəllüdlü Qax rayonun Şotovar kənd sakini, Rahib Məhəmməd oğlu Məcidovun idarə etdiyi “VAZ 21099 markalı 34 BG 688 dövlət nömrə nişanlı minik avtomobili ilə 1997-ci il təvəllüdlü, Qax rayonu Əmircan kənd sakini Allahverdi Vaqif oğlu Mahmudovun idarə etdiyi “DAEWOO NEXİA” markalı 10 GE 305 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza zamanı VAZ 21099 markalı avtomobilin sürücüsü R. Məcidov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.