Güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Bu barədə Unikal.org-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, noyabrın 10-da müxtəlif saatlarda Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 4 yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobillərə maddi ziyan dəyib.