"Gorus-Qafan yolundan hazırda Ermənistan dövlət nömrə nişanlı avtomobillər hərəkət etmir".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin üzvü İrina Yolya jurnalistlərə açıqlamasında deyib.
Yolyanın sözlərinə görə, Qorislə dövlətlərarası avtomobil yolu ilə birləşən Şurnux və Vorotan kəndlərinin də alternativ yolu var və həmin yol Xot kəndindən keçir. Lakin həmin yol hələ də təmirdədir, nə vaxt hazır olacağını bilmir:
“Yenidənqurma işlərinə çox tez başlamalı idi, çünki biz bir ildir ki, bu haqda danışırıq, deyirik ki, ən aktual məsələ həmin qəsəbələrə alternativ yolun çəkilməsidir və bu yolların tikintisinə 2012-ci ildə başlanılmamalı idi".
Bildirək ki, Azərbaycanın Gorus-Qafan avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.
Gülayə Mecid