Ermənistanda karantin rejimi 2022-ci ilin iyunun 20-dək uzadılıb.  

Unikal.org erməni mətbuatına istinadən xəbər  verir ki, bu barədə Ermənistan hökuməti noyabrın 11-də keçirilən iclasda qərar  qəbul edib.

Bildirilir ki, son günlərdə artan yoluxma və ölüm  sayının rekord həddə çatması erməniləri  narahat edib.  Bu gün keçirilən iclasda isə bu ilin sonunda bitməsi gözlənilən karantin rejiminin daha 6 ay  uzadılması qərarına gəlinib.