"Yuventus"un futbolçusu Aaron Remzi karyerasını yenidən Ingiltərədə davam etdirə bilər.
Unikal.org xəbər verir ki, 30 yaşlı uelsli yarımmüdafiəçini "Everton" və "Nyukasl" heyətinə qatmaq istəyir. Adı çəkilən oyunçu qışda "qoca-sinyora" ilə yolları ayıracaq.
Qeyd edək ki, Remzi 2019-cu ildə azad agent kimi "Yuventus"a keçmişdi.