Futbol üzrə Argentina millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda Uruqvayın qonağı olub.

Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya vurub.

Qeyd edək ki, Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb.