Vətən Müharibəsi şəhidi Rəşad Ağayevin bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək ölüb.
Unikal.org xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
Məlumata görə, gənc qızı xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dəm qazından ölən qız 10-cu sinif şagirdi olub.