Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.

Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağıdır. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.