Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.
Unikal.org "Sport-express" nəşrinə istinadən xəbər verir ki, yerli polislər qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmi.
Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.
Qeyd edək ki, Xorvatiya - Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.