2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.
Unikal.org xəbər verir ki, ilk oyun gününün 3 qarşılaşması artıq yekunlaşıb. Bu matçların hamısı H qrupunda baş tutub.
Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.
Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib, Sloveniya isə evdə Kipri üstələyib.