Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında III turun görüşləri keçirilib.
Unikal.org xəbər verir ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub.
Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.