DÇ-2022-nin seçmə mərhələsində sabah Braziliya Argentinanın qonağı olacaq.
Unikal.org xəbər verir ki, “sambaçılar” ciddi itki ilə üzləşib.
Neymar bu görüşdə iştirak edə bilməyəcək. Braziliya millisinin hücumçusunun əzələlərində problem yaranıb və bu səbəbdən o, Argentinaya yollanmayıb. Neymar narahatlığını məşqçilər heyətinə bildirib. Braziliya artıq dünya çempionatına vəsiqə qazandığından və PSJ-nin qarşıda Çempionlar Liqasında “Mançester Siti” ilə vacib oyunu olduğundan futbolçunun heyətə daxil edilməməsinə qərar verilib. Argentina - Braziliya matçı noyabrın 17-də keçiriləcək.