“2015-ci il iyulun 24-dən bu yana ölkə içində, İraqın şimalında və Suriyada ümumilikdə 32 min 901 terrorçu, bu ilin əvvəlindən isə 2 min 426 terrorçu zərərsizləşdirilib”.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, PKK-nın YPG-yə bərabər olmasına heç bir şübhənin qalmadığını ifadə edib: “Millətimizi terror bəlasından xilas etmək əzmindəyik. Əsgərlərimiz daim terrorçularla mübarizə aparır".