Rusiyada 33 yaşlı Anton Şabanov adlı şəxs toydan bir il sonra onu tərk edən 29 yaşlı həyat yoldaşı Lyubovu geri qaytarmaq üçün cadugərin yanına gedib.
Unikal.org xəbər verir ki, Anton bununla da həyatının səhvini edib. Cadugər Antonun arvadının geri qaytarmasına görə cadu etdirməsin zarafata salıb. Bu zaman Anton cadugərə hücum edib. Onlar arasında əlbəyaxa dava düşüb. Nəticədə cadugər balta ilə Antonun başını kəsib.
Daha sonra qadın izi itirmək üçün Antonu cəsədini meşəlik əraziyə atıb. Çox keçməyib ki, Şabanovun cəsədi tapılıb. Polis araşdırmalar nəticəsində cadugəri saxlayıb.
Faktla bağlı araşdırma aparılır.