Avrora Qrup Azərbaycan futbolunun inkişafı və uşaqların motivasiyası üçün iki böyük ilkə imza atıb.
"Unikal" xəbər verir ki, şirkət AFFA tərəfindən qeydiyyata alınan “European Football Academy” klubunun baş sponsoru olub. Klub istedadlı uşaqların tapılması ilə yanaşı, azyaşlı uşaqlarda futbol vərdişlərinin yaradılması ilə də məşğuldur. Bundan başqa akademiya klublarının AFFA-nın uşaqlar üçün təşkil etdiyi çempionatlarda iştirak lisenziyası vardır. "EFA" futbol klubu bütün oyunlarına "Avrora" loqolu formalarla çıxır.
Avrora Qrup bundan başqa AFFA tərəfindən dəstəklənən "Baku Sporting Futbol" Klubuna da təşkilati dəstək olmağa başlayıb. Şirkətin "Kreki" brendinnin loqosu klubun əsas formasının sinəsində qeyd edilib. Qeyd edək ki, klubda müxtəlif yaş qrupundan olan 120-dən çox uşaq məşq edir.
Hər iki kluba uğurlar arzu edirik.