"Microsoft"un qurucusu, milyarder Bill Qeyts Vayominq ştatının Kemmerer şəhərində atom elektrik stansiyasının tikintisinə hazırlaşır.
"Unikal" xəbər verir ki bu barədə Bill Qeytsə məxsus enerji investisiya şirkəti “TerraPauer” açıqlama yayıb.
4 milyard dollar sərmayə ilə həyata keçiriləcək layihənin maliyyələşdirilməsinin təxminən yarısının dövlət tərəfindən qarşılanacağı bildirilib.
Şirkətdən verilən açıqlamaya görə, sözügedən zavod 2028-ci ildə fəaliyyətə başlayacaq.