Keniyanın şimalında olan Vacir əyalətindən kəndlərə aparan yolun hər iki tərəfində parad kimi düzülmüş ölü heyvanlarla doludur.
"Unikal" xəbər verir ki, orada yaşaya bilmək üçün əhalinin son ümid yeri olan heyvanlar, quraqlıq nəticəsində günəşin altında çürüyərək parçalanır.
Biyamadov sakini İbrahim Adov, deyir ki, o da heyvanlarının yarısını itirib, qalanlar da heç nəyə yaramır:
"72 illik həyatımda heç vaxt belə bir şey görməmişdim. Heç kim onları istəmir. Son 4 ayda bir inəyin qiyməti təxminən 40,000 Keniya şillinqindən (357 dollar) 5,000 KSH-ə (45 dollar) düşüb".
Bildirilib ki, sentyabr ayından bu yana Keniyaya yağan yağışlar normadan 30 faiz azalıb.
İndi onların tək ümid yeri yağışın yağmasıdır.
Ağarza Elçinoğlu