Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnir cədvəlinin lideri "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azersun Arena"dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub.
Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır.
Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.eyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.