"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" klubu Qazaxıstan Kubokunda finala yüksəlib.
"Unikal" xəbər verir ki, Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında "Astana"ya 3:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Qarşılaşmada hesab 64-cü dəqiqədə avtoqolla açılıb. Meyrambek Kalmırza topu öz qapılarından keçirib. Digər 2 qolu isə 81-ci dəqiqədə Joze Kante və 86-cı dəqiqədə Vaqner Lav vurublar.
Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yarımfinalın ilk matçında da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi olacaq.
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Kayrat"a qarşı keçirdiyi hər iki görüşdə rəqibini 2:1 hesabı ilə üstələyib.