Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.
Mikayıl Cabbarov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb. Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.
Qeyd edək ki, Balakişi Qasımov iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.