Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər.
"Unikal" xəbər verir ki, kişi şahmatçılarımızın səkkizinci turda Ukrayna yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.
Qadın şahmatçılarımız səkkizinci turda Macarıstan yığması ilə üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesabla başa çatıb. Belə ki, şahmatçılarımızdan Gövhər Beydullayeva rəqibi üzərində qələbə qazanıb, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə ediblər, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.