Formula 1 üzrə ilk dəfə təşkil olanan Qətər Qran Prisi “Mercedes” üçün uğurlu olub.
"Unikal" xəbər verir ki, “Losail” avtodromunda baş tutan yarışı Luis Hamilton qazanıb.
Ferstappen (“Red Bull”) finişə ikinci çatıb.
Yarışın daha bir əlamətdar hadisəsi isə “Alpin” komandasından Fernando Alonsonun üçüncülüyü olub.
Belə ki, ispaniyalı pilot yeddi illik fasilədən sonra ilk dəfə podiuma qalxıb.