Rusiyada son sutka ərzində daha 35 681 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 366 839 nəfərə çatıb.

Ötən gün Rusiyada 1 241 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 265 336 nəfərə çatıb. İndiyədək 8 053 643 xəstə sağalıb.