Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılır.

"Unikal" xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında deyib.
Eyni zamanda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin birinci oxunuşunda bu məbləğ 10 min manat olub.

Anar Kəlbiyev