Xəbər verdiyimiz kimi, avqustun 3-ü Gədəbəy rayonunun Şahdağ kəndi ərazisində “Kia” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən biri 34 yaşlı Azadə Məmmədova olub. O, Çiçəkli kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşı olub.

Qeyd edək ki, qəzada dünyasını dəyişən digər şəxs 52 yaşlı Asəf Tapdıqov olub. Mərhum rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.

Bundan başqa, avtomobilin sürücüsü — 1990-cı il təvəllüdlü Məmmədov Vüsal, eləcə də azyaşlı sərnişinlər — 2020-ci il təvəllüdlü Məmmədov Amil və 2021-ci il təvəllüdlü Məmmədov Renat müxtəlif xəsarət alıblar