28.08.2025-ci il tarixində saat 19:30 radələrində Goranboy rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 2 yeniyetmə (qadın cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.

XXX

20:22

Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qəzada sonra "VAZ 2107" yol kənarına aşıb. Hadisə  yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov