“Koronavirusa yoluxma sayları heç vaxt prosesi qiymətləndirmək üçün istifadə olunmamalıdır. Azərbaycanda pandemiya başladığı vaxtdan koronavirusa görə ölüm göstəricilərində artma müşahidə olunmayıb”.

"Unikal" xəbər  verir ki,  bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, buna baxmayaraq, hər bir xəstənin itkisi problem olaraq qəbul olunmalıdır: “Xəstəliyin müşahidə və müalicəsində hər zaman inkişaf olmalıdır. Amma hazırda koronavirus xəstəliyi səbəbindən ölüm göstəricilərində artma yoxdur”.