Əfsanəvi argentinalı hücumçu Dieqo Maradona ürəksiz dəfn olunub.

"Unikal"
xəbər verir ki, bu barədə həkim, yazıçı və jurnalist Nelson Kastro bildirib.

Onun sözlərinə görə, “Gimnasia La Plata” klubunun bir qrup azarkeşi Maradonanın ürəyini çıxarmaq istəyiblər. Bu barədə məlumat yayılanda həkimlər dəfn mərasimindən əvvəl bu orqanı keçmiş futbolçunun bədənindən çıxarıblar. Bundan əlavə, ürək həm də argentinalı hücumçunun ölüm səbəbini müəyyən etmək üçün lazım olub.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə vəfat edib. Noyabrın 3-də keçmiş idmançıya beyində subdural hematoma diaqnozu qoyulub.