“Barselona”nın futbolçusu Ansu Fatinin evi qarət olunub.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Hadisə zamanı 18 yaşlı hücumçunun ailəsi evdə olub. Onlar televizordan "Barselona" – "Espanyol" matçını izləyirmiş.
Soyğunçular evdən pul və ziynət əşyaları oğurlayıblar.