İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub.
"Unikal"ın məlumatına görə, o, İsveçin ilk qadın baş naziri olacaq.
M.Andersson 2014-cü ildən İsveçin maliyyə naziri olub.
Qeyd edək ki, sabiq baş nazir Stefan Löven noyabrın əvvəlində istefa vermişdi. Hazırda o, keçid hökumətinə rəhbərlik edir.