Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq koronavirusa yoluxub.
"Unikal" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb.
Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.