Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, yığmamız DÇ-2023-ün seçmə mərhələsində 5-ci matçına çıxıb.
Yığmamız öz meydanında Rusiya ilə qarşılaşıb. Bunadək keçirdiyi bütün görüşlərdə uduzan komandamız bu dəfə də meydandan xalsız ayrılıb. “Dalğa Arena”dakı qarşılaşmanın taleyi ilk yarıda həll olunub. Fasiləyədək üç cavabsız qol vuran qonaqlar ikinci hissədə üstünlüyünü 4 topa çatdırıblar. Qeyd edək ki, millimiz noyabrın 30-da Monteneqro ilə ev oyununa çıxacaq.