İtaliyanın Neapol şəhərində argentinalı əfsanəvi futbolçu Dieqo Maradonun abidəsinin açılışı olub.

"Unikal" xəbər verir ki, heykəl Maradonanın ölümünün birinci ildönümü ilə bağlı hazırlanıb.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984-1991-ci illərdə "Napoli"də çıxış edib.