Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
"Unikal" xəbər verir ki, günün ilk oyununda "Sabah" "Keşlə"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını 4-cü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. 47-ci dəqiqədə Sadio Tounkara fərqi azaltmağa müvəffəq olub.
Bununla da ardıcıl ikinci, son 5 turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və 5-ci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Neftçi" "Səbail"i qəbul edəcək. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.