2021-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.
"Unikal" xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb.
Bu mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedriyə verilib.
O, Meyson Qrinvud (“Mançester Yunayted”), Bukayo Saka (“Arsenal”), Ceremi Doku (“Renn”), Rayan Qravenberx (“Ayaks”), Camal Musiala (“Bavariya”), Florian Virts (“Bayer”), Cud Bellingem, Covanni Reyna (hər ikisi “Borussiya”, Dortmund) və Nuno Mendeşi (PSJ) qabaqlayıb.