Türkiyədə Konya-Ankara yolunda 30 avtomobilin toqquşması zamanı əmələ gələn zəncirvari qəza nəticəsində çoxlu sayda insan yaralanıb.
"Unikal" xəbər verir ki, qəzanın baş verməsinə səbəb qum fırtınası olub.
Məlumata görə, Konya-Ankara avtomobil yolundakı qəza nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Qum fırtınası Aksaray-Adana avtomobil yolunda da qəzaya səbəb olub. Bor-Zəngən yolunda isə 6 avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanıb.