"Dövlət Gəlirləri Komitəsinin gömrükçüləri artıq Gorus-Qafan yolunda xidmət göstərir".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan jurnalistlərə açıqlamasında bildirib.
“Onlar hələ gömrük funksiyalarını yerinə yetirməyə başlamayıblar. Proses müvafiq nəqliyyat vasitəsi Ermənistan sərhədindən keçəndə baş verəcək və gömrük nəzarətinə ehtiyac yaranacaq. İndi gömrükçülər üçün əlavə iş şəraitinin təmin edilməsi üçün müəyyən işlər davam etdirilir", - deyə Badasyan bildirib.
Ağarza Elçinoğlu