Yunan alimləri şagird robotu yaratmaq üzərində işləyirlər.
"Unikal" xəbər verir ki, yunan alimləri insanlarla işləməyi bacaran və onlara avtomobil, qida və kimya sənayesində kömək edə bilən ilk şagird robotun prototipini yaradacaqlar. Robotlar süni intellekt, kameralar və sensorlu həssas "dəri" ilə təchiz ediləcək.
Robotun jestləri tanıması və təkrarlaması üçün ona müəyyən bir hərəkəti necə yerinə yetirəcəyini göstərmək lazımdır. Bundan əlavə, robotlar toqquşmalardan yayınma proqramı ilə təchiz ediləcək. Sadə köməkçi əməliyyatları yerinə yetirməyə kömək edən robotlar insanları iş yerlərindən məhrum etmədən yükü müəssisə işçiləri ilə bölüşəcəklər.