"Növbəti matçda da Emreli və Pexartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam".
"Unikal" xəbər verir ki, bu fikirləri Marek Qolebiyevski Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çexiyalı hücumçu Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməmələri barədə danışarkən deyib.
Ön xətt oyunçularına irad bildirən 41 yaşlı mütəxəssis deyib ki, forvardlar istənilən fürsətdən yararlanmaq üçün hər zaman hazır olmalıdırlar: "Həmçinin onlar düşünməməlidirlər ki, ayağına düşən hər topu qapıya vursun. Ümid edirəm ki, tezliklə hücumçu keyfiyyətlərini yaxşılaşdıracaqlar".
Qeyd edək ki, Marek Qolebiyevski daha əvvəl də Mahir Emrelini tənqid edib.