UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının Birinci Palatası Avropanın 8 təmsilçisini cərimələyib.
"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb həmin klubların vaxtı keçmiş borcların ödənilməsi ilə bağlı tələbə əməl etməmələridir.
Bunlar Qazaxıstanın "Astana" (150 000 avro), Portuqaliyanın "Portu" (300 000 avro), "Sportinq" (250 000 avro) və "Santa-Klara" (75 000 avro), İspaniyanın "Betis" (250 000 avro), Rumıniyanın ÇFR (200 000 avro), Bolqarıstanın "MOİK-Sofiya" (75 000 avro) və Cəbəllütariqin "Mons Kalp" (15 000 avro) klublarıdır.