Almaniya polisi Almaniyanın paytaxtı Berlinin cənubunda yerləşən Kyoniqs-Vusterhauzen şəhərində yaşayış evində 5 nəfərin meyitini aşkarlayıb.
"Unikal"ın TASS-a istinadən verdiyi məlumata görə, polisə zəng edən şəxs həmin yaşayış evin sakinlərinin uzun müddətdir, görünmədiyini bildirib.
Meyitlərin aşkarlandığı evin yerləşdiyi küçə nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerində ekspertlər çalışır.
Hüquq-mühafizə orqanları həmin şəxslərin öldürüldüyünü ehtimal edir.