Səudiyyə Ərəbistanında keçirilən “Formula-1” yarışında qəza baş verib.
"Unikal" xəbər verir ki, “Haas” komandasının almaniyalı sürücüsü Mik Şumaxer 10-cu dövrədə qəzaya düşüb.
Pilot yoldan çıxaraq yarış avtomobilini zədələyib. Şumaxer özü ciddi xəsarət almadan avtomobili tərk edə bilib.
Yarışda Maks Ferstappen, Luis Hemilton və Valteri Bottas liderlik edirlər.