ABŞ-ın keçmiş respublikaçı senatoru, prezidentliyə namizəd olmuş, ermənipərəst Bob Doul 99 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Elizabet Doulun fondu elan edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Doul ermənilərin aktiv müdafiəçisi olub. O, qondarma “erməni soyqırımı”nın tanınması üçün lobbiçilik edib. 2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyan onu Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi və inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.