İtaliyalı fiqurlu konkisürən Elli Mattiutsso avtomobil qəzasında dünyasını dəyişib.
"Unikal" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hadisə dekabrın 4-də San-Marino rayonunda baş verib.
18 yaşlı idmançı şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyət vasitəsi qarşı zolağa çıxıb və digər maşınla toqquşub. Qəza zamanı Mattiutssonun nişanlısı da ölüb.
Qeyd edək ki, Elli Mattiutsso 2019-cu ildə İtaliyanın gənclərdən ibarət yığmasının heyətində sinxron konkisürmə üzrə dünya çempionatında iştirak edib.