Bayden administrasiyası bu həftə 2022-ci il Pekin Olimpiadasını boykot edəcək.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, idmançılara təsir etməyəcək.
Telekanal iddia edir ki, Milli Təhlükəsizlik Şurası boykotu “özəl şəkildə” müzakirə edib. Şuranın nümayəndələri məlumatı şərh etməkdən imtina ediblər. Diplomatik boykot, rəsmilərin Oyunlara getməkdən imtina etməsini nəzərdə tutur.