Adı “Barselona” ilə hallanan “Liverpul”un futbolçusu Məhəmməd Salah məsələyə münasibət bildirib.
"Unikal" xəbər verir ki, misirli hücumçu “Liverpul”da qalmaq istədiyini deyib:
“Hər dəfə demişəm, gələcəyim özümdən asılı olsa, seçimim “Liverpul”da qalmaq olar. Ancaq qərar rəhbərliyin əlindədir. Yeni müqavilə şərtlərində razılaşmalıyıq.
“Barselona” kimi komandanın mənimlə maraqlanması gözəldir. Amma mən “Liverpul”da xoşbəxtəm. Görək, gələcəkdə necə olacaq. Hazırda dünyanın ən güclü çempionatında – Premyer Liqada qalmaq istəyirəm”.