Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Şanlıurfada keçirilən əməliyyat nəticəsində terror təşkilatı PKK-nın sözdə Qap-Rıha dövlət məmuru "Rubar" kod adlı Ferhat Tunçun zərərsizləşdirdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, nazir bu barədə sosial media hesabında yazıb:
"PKK-nın sözdə Gap-Rıha Dövlət məmuru, "Rubar" kod adlı Ferhat Tunç Təhlükəsizlik, Kəşfiyyat, Aviasiya və PÖH-lər Ümumi Müdirliyimizin əməliyyatı ilə zərərsizləşdirildi".
Bildirilir ki, əməliyyatda 1 tapança, 2 qumbara, 1 termal şüşə və təşkilati sənədlər ələ keçirilib.
Gülayə Mecid