Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terimin səhhətində problem yaranıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis onurğasındakı yırtıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Ağrıları olan baş məşqçinin müalicəsinə başlanılıb.
Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu UEFA Avrpa Liqasının qrup mərhələsində İtaliya "Latsio"suna qarşı keçirəcək. Dekabrın 9-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.