UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.
A qrupunda PSJ Fransada Belçika "Brügge"sini darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da A qrupunda mübarizəyə yekun vurulub. "Mançester Siti" qrupda ilk, PSJ isə 2-ci pilləni daha əvvəl təmin etdiyindən 1/8 finala adlayıblar. "Leyptsiq" isə 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.